Şahzadə tanınmış aktyora orden verdi – fotolar

Şahzadə tanınmış aktyora orden verdi – fotolar
746 dəfə oxunub
  • A-
  • A
  • A+

Bukenhem sarayında “Britaniya imperiyasının cəngavər ordeni” bu dəfə adı çoxlarına “Homeland” (“Vətən”) serialındakı işlərinə görə tanış olan aktyor Demian Luisə verilib.
 
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, şahzadə Uilyam tərəfindən ordenlə təltif olunan aktyor olduqca qürur duyduğunu deyib:
 
“Əvvəlcə çox təəccübləndim. Bu yaşda belə bir mükafata layiq görülmək xoşdur”.

Şahzadə Uilyam Demiana ordeni təqdim edərkən hersoginya Keyt Midltonla birlikdə aktyorun layihəsini hər zaman izlədiklərini, hətta bazar günü “Vətən” serialına baxdıqlarını deyib. D.Luis bu zaman təəccübünü gizlətməyib:

“Mən inana bilmirəm ki, sizin belə şeylərə vaxtınız olur”.

Qeyd edək ki, Demian Luis təltifetmə mərasiminə həyat yoldaşı Helena MakKrori ilə qatılıb.

Xatırladaq ki, Hollivud ulduzu Ancelina Coli də ötən ay kraliça II Yelizaveta tərəfindən adıçəkilən ordenlə təltif olunmuşdu.