Zülfiyyə Xanbabayeva: “Öz istəyimlə efirlərdən uzaqlaşdım”

Zülfiyyə Xanbabayeva: “Öz istəyimlə efirlərdən uzaqlaşdım”
2006 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Zülfiyyə Xanbabayevadan yeni xəbər var.

Axşam.az-ın əməkdaşı ilə söhbətində müğənni uzun fasilədən sonra yenidən tamaşaçıları ilə görüşəcək. O, efirlərdən uzaqlaşması ilə bağlı bunları deyib:

“Anam dünyasını dəyişəndən sonra öz istəyimlə efirlərdən uzaqlaşdım. Telekanallarımız dəvət edirdi. Çox sağ olsunlar, verilişlər mənə qarşı diqqətcildir. İndi anamın ili çıxıb. Yaradıcılığıma başlamışam. Yeniliklər təqdim edəcəm”.

Qeyd edək ki, Z.Xanbabayeva və müğənni-bəstəkar Emin oxuduqları “Azərbaycan” duetini dekabrın 4-də “Baku Crystal Hall”da keçiriləcək konsertdə təqdim edəcəklər. Eminin ad günü münasibətilə baş tutacaq mərasimdə Rusiya estradasının tanınmış simaları da iştirak edəcəklər.