“Əlinə daş keçən onu müğənniyə atır” – Fərda

“Əlinə daş keçən onu müğənniyə atır” – Fərda
1248 dəfə oxunub
  • A-
  • A
  • A+

Yumor ustası Fərda Xudaverdiyev cümə günü yayıma başlayacaq “Top kimi şou”sunu Türkiyənin tanınmış şoumeni Bəyazid Öztürkün proqramı ilə müqayisə edib.

Axşam.az-ın məlumatına görə, “Onlar” verilişinə açıqlama verən aktyor yeni şousunun ondan seçilməyəcəyini iddia edib:

“Türklər “Bəyaz şou”ya baxıb dincəlirlər. Mənim azərbaycanlılarım da “Top kimi şou”ya baxıb istirahət edəcəklər. Çox maraqlı olacaq. Əsasən də burada səmimiyyət var. Mən səmimiyyətin acıyam, bacardığım qədər burada aclığımı doyduracam. Şou əhlini topa tutmağı düşünmürəm. Onsuz da, əlinə daş, top, “raqatka”, kiçik bir sim keçən onu müğənnilərə atır. Allah onların köməyi olsun. Mənim tamaşaçım istirahət edəcək, güləcək, gözəl vaxt keçirəcək”.


Qeyd edək ki, “Top kimi şou” sabah saat 22:30-da ATV-də yayımlanacaq.