Bakıda işıqlar 1 saatlıq söndürüləcək

Bakıda işıqlar 1 saatlıq söndürüləcək
6472 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda ilk dəfə “Yer saat”ı kampaniyası keçiriləcək.

Axşam.az-ın məlumatına görə, aksiya 2015-ci il, martın 28-də saat 20:30-da baş tutacaq.

“Yer saatı" aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları bir saatlıq söndürülür.

"Yer saatı" kampaniyası ilk dəfə Dünya Vəhşi Təbiət Fondu tərəfindən 2007-ci ildə Avstraliyada başladılıb. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı təhdidlərə yönəltməkdir. Hər il martın son şənbə günündə qeyd olunan "Yer saatı" kampaniyasına beynəlxalq ictimaiyyət tərəfindən diqqətin artırılması müşahidə olunur.

Mənbə: buro247.az