Günay Musayevanın çəkildiyi serialın yayımı dayandırıldı

Günay Musayevanın çəkildiyi serialın yayımı dayandırıldı
2574 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı model Günay Musayevanın Türkiyədə çəkildiyi “Bəyaz qərənfil” serialının yayımı dayandırılıb.

Axşam.az-ın məlumatına görə, 6 həftədir davam edən ekran işi reytinq yığa bilmədiyi üçün dünən final bölümünü nümayiş etdirib.

G.Musayeva təəssüratlarını sosial şəbəkədə yazıb:

“Macəramız sona çatdı. Gözəl bir iş, möhtəşəm yaradıcı heyət idi. Çox təəssüf ki, məlum səbəblərdən altıncı bölümlə serialı bitirməli olduq. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. İşbirliyimiz tez bitsə də, bu heyətlə çalışmaq gözəl idi. Burada ailə istiliyi var idi. Fərqli bir layihə olaraq hər kəsin yaddaşında qalacaq”.