“Şirin”in başına ilan tökdülər – fotolar+video

“Şirin”in başına ilan tökdülər – fotolar+video
3399 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də yayımlanan “Səs verməyin!” proqramında bu dəfə hədəf “Bozbash pictures” teletamaşasının Şirini, aktyor Nicat Rəhimov olub.

Axşam.az-ın məlumatına görə, əməkdar artist Dilarə Əliyevanın aparıcılıq etdiyi verilişin ötən buraxılışı fərqli olub. Hər zaman rəngli su və un qoyulan qutuya bu dəfə ilanlar tökülüb.

Tamaşaçılardan qonağa səs verilməməsi istənilsə də o, 1037 səs toplayıb.

Qeyd edək ki, verilişin qaydasına uyğun olaraq, əgər müğənniyə mindən çox səs göndərilərsə, başına rəngli su və un tökülür.