“Onun boşanmasının mənimlə əlaqəsi yoxdur“

“Onun boşanmasının mənimlə əlaqəsi yoxdur“
3147 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Sevcan Orxan ilk dəfə “Qalatasaray”ın sabiq futbolçusu Həsən Şaşla sevgili olduqlarını etiraf edib.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, ötən gün məkanlardan birində konsert proqramı ilə çıxış edən ifaçı “Bəli, Həsənlə birlikdəyik. Xoşbəxtik, yaxşı yola gedirik. Amma onun boşanmasının mənimlə əlaqəsi yoxdur”, - deyə açıqlama verib.

Xatırladaq ki, Həsən Şaş 11 il ailəli olduğu Sibel Şaşdan bu ilin fevralında boşanıb. Futbolçunun Sevcan Orxanla eşq yaşadığına görə həyat yoldaşından ayrıldığı deyilirdi.