Peledən sevindirici tvit

Peledən sevindirici tvit
718 dəfə oxunub
  • A-
  • A
  • A+

Braziliya futbolunun əfsanəsi Pele “Twitter” hesabında xəstəxanadan səhhəti ilə bağlı xoş sözlər yazıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş futbolçu bunları paylaşıb:

“Xəstəxanada yanıma gələn insanlara nə qədər minnətdar olsam da, sakit bir ortamda qalmaq istəyirəm. Tanrıya şükür ki, özümü yaxşı hiss edirəm. Tətil günlərini ailəmlə birlikdə keçirməyi səbirsizliklə gözləyirəm.”

74 yaşlı ulduzun 8-10 gün müddətində xəstəxanadan çıxacağı bildirilir.

Xatırladaq ki, Pele yaxın aylarda böyrək daşı probleminə görə əməliyyat olunmuşdu. Bir-iki gün bundan öncə isə, idrar yolunda yaşadığı çətinliklərə görə yenidən San-Paolo şəhərindəki “Albert Eynşteyn” klinikasına yerləşdirilib.