Daha bir türkiyəli məşhur ölkəni tərk edir

Daha bir türkiyəli məşhur ölkəni tərk edir
3324 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Nehir Ərdoğan çəkildiyi “Reaksiyon” serialından uzaqlaşıb və həyat yoldaşı, ekran işinin efir rejissoru Əhməd Səsigürgillə birlikdə Parisdə yaşamağa qərar verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, oynadığı roldan razı qalmayan aktrisa həm də sözügedən filmin kifayət qədər reytinq toplaya bilməməsinə görə bu qərara gəlib.

Fransız dilini öyrənən N.Ərdoğan Türkiyədən ürəyincə təklif gəlməyincə vətəninə qayıtmayacağını deyib.
Xatırladaq ki, “Reaksiyon”da Nehirlə birlikdə baş rola çəkilən aktyor İbrahim Çelikkol da bir qədər əvvəl ekran işindən uzaqlaşaraq ABŞ-a getmişdi.

Xatırladaq ki, Kıvanç Tatlıtuğ da bir neçə gün əvvəl ABŞ-a köçərək Hollivudda aktyorluq təhsili almaq qərarına gəlib.