“Keyxanım” teatra qayıtdı

“Keyxanım” teatra qayıtdı
1390 dəfə oxunub
  • A-
  • A
  • A+
“Çal-çağır” layihəsindən “Keyxanım” obrazı ilə tanınan aktrisa Ülviyyə Əliyeva teatra qayıdıb.

Axşam.az-a açıqlamasında o, iki illik fasilədən sonra Musiqli Teatrdakı işini bərpa etdiyini deyib:

“Artıq 4 ildir ki, gərgin rejimdə işləyirəm. “Üç bacı” serialı ilə əlaqədar, həftənin 7 günü çəkiliş meydançasında olurdum. İşlərimi çatdırmadığım üçün bir müddət teatrdakı fəaliyyətimə fasilə vermək qərarına gəlmişdim. Yəni, teatr rəhbərliyi ilə aramda heç bir münaqişə olmamışdı, məni işdən çıxarmamışdılar. Qarşılıqlı anlaşma ilə teatr yaradıcılığıma fasilə vermişdim. Hazırda isə iş qrafikim əvvəlki kimidir. Sadəcə, indi serialın çəkilişləri başa çatıb. Bir məqamı qeyd edim ki, televiziyada veriliş aparmaq və ya serialda çəkilmək başqadır. Teatrda isə canlı ünsiyyət daha gözəldir. Kim mənim canlı ifamı görmək istəyirsə, hər həftə Musiqili Mahnı Teatrına gələ bilər”.