Günel Azərbaycandan niyə gedib? - açıqlama

Günel Azərbaycandan niyə gedib? -  açıqlama
6567 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Günel Musəvi Azərbaycandan getməsinin, efirdən uzaqlaşmasının səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, uzun müddətdir xaricdə yaşayan, bir neçə gündür Bakıya qayıdan aparıcı “Xəbərsizsiniz” verilişinin qonağı olub. G.Musəvi Azərbaycandan onu işinin didərgin saldığını deyib:

“Televiziyadan getdim, çünki inkişaf görmədim. Böyük layihələr istəyirdim. Xariclə ayaqlaşmağı arzulayırdım, imkan olmadı. Bu da böyük məbləğdə vəsait, geniş komanda tələb edirdi. Mən bir operator, bir də özümlə çalışırdım. Eyni səviyyədə qalmağı xoşlamırdım. Texnika, dövr dəyişir, ona uyğunlaşmaq lazım idi. Geriyə gedirdim. Bunu isə istəmədim. Ona görə ölkədən getdim. Tamaşaçı heç nəyi bilmir. Deyir elə Günel eyni verilişi aparır. Mən eynilik istəmədim”.

G.Musəvi xaricdə tanınan yerli məşhurlarımızdan da söz açıb:

“Xaricdə Sevda Ələkbərzadəni sevirlər. Ümumiyyətlə, səviyyəli müğənniləri, ifaçını seçirlər”.