Duet ortağı Elnarənin təqdimatına niyə gəlmədi? – fotolar

Duet ortağı Elnarənin təqdimatına niyə gəlmədi? – fotolar
4527 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elnarə Xəlilova “Dayan” adlı mahnısına çəkdirdiyi klipinə təqdimat keçirib.

Axşam.az-ın məlumatına görə, ifaçı mahnını türkiyəli sənətçi Barış Kömürcüoğlu ilə duet şəklində ifa edib. Klipi türkiyəli rejissor Mustafa Sarıqaya lentə alıb. Mahnının söz və musiqisi bəstəkar Günel Sərdarqızına məxsusdur. Klip İstanbulda Rumeli Fənər Qalasında, Qalatada çəkilib.

Elnarə duet ortağının Bakıya gəlməmə səbəbini açıqlayıb:

“Təqdimat mərasimi əslində dünən olmalıydı. Barışa görə vaxtı dəyişdik. Amma o, yenə də gələ bilmədi, konserti var”.

Qeyd edək ki, E.Xəlilova bunadək üç klipini Türkiyədə lentə aldırıb.

Foto: Rəşad ABBASOV