Xalq artisti əməliyyat üçün pul tapmır

Xalq artisti əməliyyat üçün pul tapmır
2722 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın xalq artisti, aktyor Ramiz Əzizbəyli yaxın günlərdə əməliyyat olunacaq.

Axşam.az xəbər verir ki, bBu barədə azvision.az-a aktyorun özü məlumat verib. Xalq artisti hazırda müalicə olunduğunu, lakin əməliyyat üçün maddi çətinliyinin olduğunu bildirib.

“Yeriməklə bağlı problemim var. Əməliyyata hazırlaşıram. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Ancaq əməliyyatın dəqiq vaxtını həkimlər hələ deməyiblər. Onu bilirəm ki, bir neçə əməliyyat keçirəcəm. Allah köməyim olsun. Əməliyyat xərclərinin ödənilməsi ilə bağlı çətinliklərim var”,- deyən xalq artisti kövrələrək danışa bilmədiyini bildirib.

Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi. Bir neçə müddətdən sonra aktyor evə buraxılıb.