"Möhtəşəm Yüzil"in aktyorları yenidən bir arada - fotolar+video

"Möhtəşəm Yüzil"in aktyorları yenidən bir arada - fotolar+video
2742 dəfə oxunub
  • A-
  • A
  • A+

"Möhtəşəm Yüzil" serialında oynayan aktyorların mum heykəllərinin sərgisi keçirilib.

Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, "'Muhteşem Yüzyıl Teşhir-i İhtişam" adlanan sərginin açılışı İstanbulda keçirilib.

Serialın iki "Hürrem"-i Məryəm Üzərli və Vahidə Gördüm naməlum səbəblərdən gecədə iştirak etməyiblər.

Eləcə də, bir mövsüm əsas obrazlardan birini canlandıran Cansu Dərə tədbirə qatılmasa da sevgilisi, komediya ulduzu Cem Yılmaz mum heykəlləri ən çox bəyənənlərdən olub.

Cem Yılmaz "serial çəkilən vaxtı saqqalım olsaydı, bəlkə, mən də heyətə daxil edilərdim" deyərək zarafat edib.
"Möhtəşəm Yüzil"in "Sultan Süleyman Qanuni"si aktyor Halit Ergenc isə dörd ildir canlandırdığı obrazın qarşısında durmasının qəribə hiss olduğunu bildirib.