İbrahim Tatlısəsə sui-qəsd təşkil edənə 36 il cəza

İbrahim Tatlısəsə sui-qəsd təşkil edənə 36 il cəza
2443 dəfə oxunub
  • A-
  • A
  • A+

2011-ci ildə başının sol tərəfindən güllə yarası alan müğənni İbrahim Tatlısəsə hücum edənlərin məhkəməsi keçirilib.

Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, müğənniyə hücumun cinayət işinə baxan İstanbul 17-ci Ağır Cəza Məhkəməsi bu işlə bağlı olan 12 nəfəri 3 ildən 36 ilə qədər azadlıqdan məhrum edib.

Sui-qəsdin təşkilatçısı Abdullah Uçmak 36 il 3 ay, atəş edən Ersin Altun 30 il 1 ay azadlıqdan məhrum etmə cəzası almışdı. Cinayət işi Appelyasiya Məhkəməsinə getsə də, hakim yenə də qərarda heç bir dəyşiklik etmədən, əvvəlki hökmləri təsdiqləyib.

Hücumun arxasında PKK terror təşkilatının olması iddiaları isə təsdiqini tapmayıb.

Xatırladaq ki, 3 il əvvəl "İbo Show" verilişinin çəkilişlərindən çıxan Tatlısəs və köməkçisi Buket Çakıcıya 5 nəfər silahlı hücum etmişdi.