Olimpiya çempionunun toyu oldu - fotolar

Olimpiya çempionunun toyu oldu - fotolar
2613 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyanın 32 yaşlı olimpiya çempionu, atlet Yelena İsinbayeva ilə bu ilin iyununda dünyaya gətirdiyi qızı Yevanın atası, 24 yaşlı nizəatan Nikita Petinovun toyu olub.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cütlüyün toyu bir neçə gün bundan əvvəl Monakoda baş tutub. Olimpiya çempionu çox xoşbəxt olduğunu deyib:

“Toyum möhtəşəm keçdi. Sizə bir sirr açım ki, biz Nikita ilə hələ qızımız dünyaya gəlməmiş nikah bağlamışdıq. Amma toyumuz indi oldu”. Y.İsinbayeva ilə N.Petinovun məclisində Rusiyanın tanınmış simaları da iştirak ediblər.

Qeyd edək ki, Yelena hazırda 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarına hazırlaşır.