Nəzrin Cavadzadə 20 milyonluq yeni filmdə - video

Nəzrin Cavadzadə 20 milyonluq yeni filmdə - video
2347 dəfə oxunub
  • A-
  • A
  • A+
Baş rollarda aktyor Tansel Öngel, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəzrin Cavadzadə, Hüseyn Avni Danyel və Bülənt Şakrakın çəkildiyi “Son məktub” filminin ilk treyleri yayımlanıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çanaqqala hadisələrindən bəhs edən ekran işində N.Cavadzadə həkim Nihal obrazını canlandırır. Martın 18-də nümayiş olunacaq “Son məktub”un büdcəsi 20 milyon lirə (təxminən 7 milyon manat) təşkil edir.

Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə 100 ölkədə göstəriləcək filmin rejissoru və prodüseri Özhan Ərəndir.