"Ən yaxşı qrim və saç düzümü"nün namizədləri - siyahı

"Ən yaxşı qrim və saç düzümü"nün namizədləri - siyahı
1548 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerika kinoakademiyası “Ən yaxşı qrim və saç düzümü” nominasiyası üzrə “Oskar”a namizəd olan filmlərin siyahısını açıqlayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, yanvarın 10-da ABŞ-da həmin filmlərin on dəqiqəlik fraqmenti nümayiş olunacaq və seçim ediləcək. “Oskar”ın digər nominasiyalar üzrə namizədlərinin adları isə yanvarın 15-də açıqlanacaq. Fevralın 22-də Los-Ancelesdə mükafatlandırma mərasimi baş tutacaq.

Kinoakademiya tərəfindən hazırlanmış siyahıda qeyri-adi qrimə və saç düzümünə malik qəhrəmanların yer aldığı 7 filmin ardıcıllığı belədir:

"Malefisent" ("Maleficient")



"Qrand Budapeşt" oteli" ("The Grand Budapest Hotel")



"Qalaktika gözətçiləri" ("Guardians of the Galaxy")




"Möhtəşəm Hörümçək adam 2" ("The Amazing Spider-Man 2")



"Tülkülərin ovçusu" ("Foxcatcher")



"Nuh" ("Noah")



"Hər şeyin teoriyası" ("The Theory of Everything")