“Çox məyus oldum, eşitdim ki...”

“Çox məyus oldum, eşitdim ki...”
6043 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Röya Ayxan dekabrın 19-u, 20-si və 21-də baş tutacaq solo konsertində sevənlərinə sürpriz hazırlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Xəyanət” adlı yeni mahnısını və ona çəkdirdiyi klipi həmin gün təqdim edəcək.

Bu haqda sosial şəbəkədə yazan Röya konsertə biletlərin qurtardığını da bildirib:

“Çox yorğunam, amma ayın 19-u, 20-si, 21-də sizdən aldığım enerji ilə “Xəyanət” adlı mahnımı və klipi təqdim edəcəm. Çox məyus oldum, eşitdim ki, artıq kassalarda bilet qalmayıb. Gələ bilməyənlərin yuxusuna girib oxuyaram. Radiolarda hədiyyə edilən biletlər imkanı olmayan pərəstişkarlar üçün ayrılmışdı”.