Bəhram Bağırzadə "Merə məktublar"ını təqdim etdi

Bəhram Bağırzadə "Merə məktublar"ını təqdim etdi
726 dəfə oxunub
  • A-
  • A
  • A+

“Əbədi bakılı” Bəhram Bağırzadə bir il ərzində Bakı merinə yazdığı açıq məktublardan ibarət kitab buraxıb.

Axşam.az-ın məlumatına görə, dekabrın 16-da Vaqif Mustafazadənin İçərişəhərdəki ev-muzeyində tanınmış musiqiçinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə aktyor, şoumen Bəhram Bağırzadənin "Merə məktublar" kitabının təqdimatı olub.

Kitabda Bakı merinə paytaxtda bir sıra foto-muzeylərin, eləcə də Azərbaycan milli mətbəxinin əks olunacağı muzeylərin açılması, Hacı Zeynalabdin Tağıyev kimi görkəmli şəxsiyyətlərin heykəlinin ucaldılması kimi təkliflər yer alıb.

Mənbə: buro247.az