“Qadın kişidən çox pul qazanmamalıdır”

“Qadın kişidən çox pul qazanmamalıdır”
1052 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Əbdül Xalid ailəsindən, kişi-qadın münasibətlərindən danışaraq köhnəfikirli olduğunu etiraf edib.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan sənətçi ailədə qadının çox pul qazanmasının tərəfdarı deyil:

“Evdə kişinin sözü keçərlidir. Qadın kişidən çox pul qazanmamalıdır. Xanımın işləməyinə pis baxmıram. Bu, evdə darıxmaması üçün ola bilər. Amma öz tələbatlarını ödəyəcək qədər pul qazansa, bəsdir. Artıq gəliri olsa, kişiyə səsini qaldırar. Mən köhnəfikirli kişilərdənəm. Xanımların ailədə özünü kişidən üstün aparmasını qəbul etmərəm. Heç vaxt xanımımla alış-verişə də getmərəm. Pulu verərəm, kiminləsə gedib alıb gələr. Bəzən elə ailələr görürəm ki, qız deyir, mənim istədiyim olacaq. Bu, yolverilməzdir. Onda kişi o ailəyə heç lazım deyil”.