“Bozbash pictures” filminin təqdimatı təxirə düşdü

“Bozbash pictures” filminin təqdimatı təxirə düşdü
2352 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bozbash pictures” filminin çəkilməsi ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, rejissorluğunu Kənan M.M-in etdiyi ekran işinin bu ilin sonunda nəzərdə tutulan təqdimatı təxirə düşüb. Bu haqda əməkdaşımızla söhbətində filmin qəhrəmanlarından olan İlkin Həsəni deyib:

“Filmə bəzi əlavələr etdik. Buna görə də, hazırlıq işləri uzandı. Qərara aldıq ki, təqdimatı martda edək. Maraqlı bir təqdimat düşünmüşük”.

Qeyd edək ki, ekran işində aktyorlar Elşən Orucov, Ramil Babayev, Nicat Rəhimov, Azər Baxşəliyev rol alıblar.