Tanınmışlar hansı orqanlarını sığortaladıblar? - siyahı

Tanınmışlar hansı orqanlarını sığortaladıblar?  - siyahı
3183 dəfə oxunub
  • A-
  • A
  • A+
Üzü, səsi və xarici görünüşü ilə pul qazanan məşhurlar bədənlərinin müxtəlif hissələrini sığortaladırlar.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, onlar saçlarını, səs tellərini, dilini və s. sığortalamaq üçün milyonlar xərcləməkdən belə çəkinmirlər.

Müxtəlif orqanlarını sığortaladan tanınmışların siyahısını təqdim edirik:

Rihanna - barbadoslu müğənni ayaqlarını 1 milyon dollara sığortalayıb

Troy Palamalyu - amerikalı futbolçu saçlarını 1 milyon dollara sığortalayıb

Mayli Sayrus - məşhur müğənni dilini 1 milyon dollara sığortalayıb

Daniel Kreyq - aktyor 8 milyon dollara bütün bədənini sığortalayıb

Devid Bekham - futbolçu 70 milyon dollara ayaqlarını sığortalayıb

Deyvid Li Rot - “Van Halen” qrupunun solisti cinsi orqanını 1 milyon dollara sığortalayıb

Klaudia Şiffer - alman model üzünü 1 milyon dollara sığortalayıb

Holli Medison – “Playboy” ulduzu sinəsini 1 milyon dollara sığortalayıb

Cin Simens – “Kiss” qrupunun üzvü dilini 4 milyon dollara sığortalayıb

Bryus Sprinqstein - məşhur müğənni səsini 5 milyon dollara sığortalayıb

Kayli Minauq - avstraliyalı müğənni yançaqlarını 5 milyon dollara sığortalayıb

Meray Keri - amerikalı sənətçi ayaqlarını 1 milyon dollara sığortalayıb

Lui Tomlinson – “One Direction” qrupunun üzvü yançaqlarını 160 min dollara sığortalayıb

Adam Lambert - müğənni səs tellərini 47 milyon dollara sığortalayıb