Mahsunun filmində daha bir açıq səhnə - fotolar

Mahsunun filmində daha bir açıq səhnə - fotolar
2765 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mahsun Kırmızıgülün rejissorluğu ilə çəkilən “Möcüzə” filmində daha bir açıq səhnə lentə alınıb.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, təyinatı Egedən Qarsa verilən müəllim obrazını canlandıran aktyor Talat Bulud ssenariyə əsasən, şalvarını çıxararaq çaya girməli olub. Alt paltarında qalan aktyor çamadanını başı üzərində daşıyaraq düz 17 dəfə çayı keçmək məcburiyyətində qalıb.

T.Bulud açıqlamasında “Düşünürəm ki, bu, Mahsunun ən yaxşı filmi olacaq. Ssenari çox gözəl olduğuna görə qəbul elədim” deyib.

Xatırladaq ki, bir qədər əvvəl eyni filmdə aktyor Mərd Turak çılpaq şəkildə çəkiliş aparılan kəndin küçələrində gəzməli olmuş və bu səbəbdən yerli əhali həmin ərazidən müvəqqəti olaraq köçürülmüşdü.

Qeyd edək ki, “Möcüzə” yanvarın 1-də nümayiş olunacaq.