Dünyanın qeyri-adi ağacları - fotolar

Dünyanın qeyri-adi ağacları -  fotolar
6134 dəfə oxunub
  • A-
  • A
  • A+

Təbiət qeyri-adi hadisələri ilə hər zaman insanları təəccübləndirib. Dünyanın müxtəlif yerlərində olan bu ağaclar illərdir görənləri heyrətə gətirir.

Axşam.az xarici mətbuata istinadən əsl incəsənət əsərini xatırladan qeyri-adi ağacları təqdim edir:

1. 125 yaşı olan Rododendron adlandırılan bu ağac Kanadada yerləşir. Böyük kol bitkisi olan Rododendron nəhəng gül dəstəsini xatırladır.
 

2. Yaponiyanın Asikaqa parkında yerləşən Qlisiniyanın 144 yaşı var. Böyük ağac atəşfəşanlığı xatırladır. 2000 kvadratmetr ərazidə yerləşir.






3. Yeni Zelandiyadakı “Külək ağac” qeyri-adi görünüşdədir.



4. Əsl rəsm əsərini xatırladan qayınağacı ABŞ-ın Oreqane ştatında yerləşir.
 


5. “Antarktika fıstığı” adlanan bu ağacın vətəni Çili və Argentinadır.



6. “Mələk palıd” adlanan ağacın 1500 yaşı var.



7. Braziliyanın çiçəklənən ağacı gözəlliyi ilə hər kəsi heyran qoyur. O, qırmızı çiçəkləri ilə diqqət çəkir.



8. “Əjdaha qanı” adlanan ağac qorxulu görünüşü ilə diqqət çəkir. Adının səbəbi isə kökündən qırmızı rəngdə şirənin axmasıdır. Bu şirədən bir çox dərmanın hazırlanmasında istifadə edilir.



9. Oreqonedə olan bu yer “Sevgi xiyabanı” adlanır. Ağaclar qırmızı yarpaqları ilə seçilir.

 

10. Havay adasında bitən bu evkalipt ağacı göy qurşağını xatırladır. Onun üstündə göy qurşağının bütün rəngləri var. Onun qoxusu insanı depressiyadan və baş ağrısından xilas edir.



11. Cənubi Karolində olan bu palıd ağacı 1970-ci ildə əkilib.