“Məni niyə aldatdın?”

“Məni niyə aldatdın?”
2836 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Hülya Avşarın dekabrın 19-da “TV 8”də ekrana gələcək verilişində ilk qonağı keçmiş həyat yoldaşı, iş adamı Qaya Çilingiroğlu olub.

Axşam.az “Milliyət”ə istinadən xəbər verir ki, proqramda sənətçinin ünvanladığı suallar Q.Çilingiroğlunu pis vəziyyətdə qoyub. Hülya Qayadan şəxsi həyatı ilə bağlı hər şeyi soruşub. Müğənni əvvəlcə ona “Kişi niyə aldadır” sualı ilə müraciət edib. Q.Çilingiroğlunun cavabı isə belə olub:

“3 səbəbdən: bu, onda ya genetikdir; ya xəstəlikdir; ya da gözlədiyini həmin qadında tapa bilmir”.

H.Avşarın “Məni niyə aldatdın” sualı qarşısında keçmiş əri özünü itirərək belə deyib:

“Qızımız Zəhra anadan olandan sonra həyatını ona həsr elədin. Məni yaddan çıxartdın. Hər gün harasa gedəndə səni də çağırırdım, gəlmirdin”. İfaçının “İndi sevgilin var” sözlərinə iş adamı belə münasibət bildirib:

“Yoxdur, təzə boşanmışam”.

Bu zaman Hülyanın “Amma biz hələ ayrılmamışdıq, sən özünə sevgili tapmışdın” cavabı çox gecikməyib.