"Xatirə Rüfətlə eşq yaşayır” sözlərinə görə studiyanı tərk etdi - video

"Xatirə Rüfətlə eşq yaşayır” sözlərinə görə studiyanı tərk etdi -  video
12160 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatirə İslam qonağı olduğu “Günaydın” verilişində özündən çıxıb. 

Axşam.az-ın məlumatına görə, dostluq mövzusunun müzakirə edildiyi proqramda aparıcı Vüsalə Kərimovanın “Saytlarda yazıblar ki, Xatirə İslam və Rüfət Axundov eşq yaşayır” sözləri sənətçini əsəbləşdirib.

X.İslam “Bizim xalqımız bir-birini çox gözəl tanıyır. Heç kim çörəyi qulağının arxasına yemir. Çox xahiş edirəm, məni belə mövzulu verilişlərə çağırmayın” deyərək verilişi yarımçıq tərk edib.

Qeyd edək ki, X.İslam proqramın əvvəlində Rüfətlə uşaqlıqdan dostluq etdiyini və hazırda da ailəvi gediş-gəlişləri olduğunu bildirib:

"Evimdə söz-söhbət yaranarkən ilk olaraq bunu Rüfətə bildirirəm, ondan məsləhət alıram. Evdə qardaşım Turala necəyəmsə, ona da eləyəm".