Bayhan Dəniz Səkiylə görüşmək üçün icazəsini aldı

Bayhan Dəniz Səkiylə görüşmək üçün icazəsini aldı
1891 dəfə oxunub
  • A-
  • A
  • A+
Düz 1 aydır ki, həbsxanada olan müğənni Dəniz Səki bir vaxtlar "Popstar" yarışmasında gərginlik yaşadığı müğənni Bayhanın ziyarət istəyinə müsbət cavab verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 6 il 3 ay həbs cəzasına məhkum olunan Dəniz Səkiyə ziyarətçi axını davam edir. Müğənnini ötən gün qardaşı Sərkan Səki və meneceri Azad Aras ziyarət edib.

Aras səfəri zamanı ona Səkinin 2003-ci ildə baş tutan "Popstar" yarışmasından "cinayətdən hökm geydiyi" səbəbiylə çıxartmaq istədiyi Bayhandan da bir mesaj çatdırıb.
 
Bayhanın onu ziyarət etmək istədiyi xəbərini verən Aras D.Səkidən aldığı cavabı çıxışda jurnalistlərlə bölüşüb:
 
"Bayhan bizi axtardı, görüşmək istədiyini söyləyib. Hələ bir müraciət etməyib, amma mən indidən Dəniz xanıma çatdırdım. O da “Nə zaman istəsə gələ bilər” deyib".