Barak Obama və xanımının ən çox sevdiyi filmlər

Barak Obama və xanımının ən çox sevdiyi filmlər
1476 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ prezidenti Barak Obama və xanımıı Mişel şəxsi yaşam tərzləriylə bağlı müsahibə veriblər.

Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, "People" jurnalına il sonu üçün danışan prezident və xanımı sevdiyi filmlərin adlarını açıqlayıblar.

Barak Obama bu il izlədiyi ən yaxşı filmin "Boyhood" ("Yetkinlik") olduğunu qeyd edib. Birinci xanımın favoriti isə "Gone Girl" ("İtmiş qız") olub.

Prezident filmin bu il izlədikləri arasında ən təsiredici olduğunu deyib. O, həyat yoldaşının kinolara daha az həvəsli olduğunu vurğulayıb. Mişel Obama isə "Bir neçə il əvvəl "İtmiş qız"ın kitabını oxumuşdum, o zaman da çox bəyənmişdim. Amma məncə kitab filmdən daha maraqlıdır" deyərək fikirlərini bildirib.

Müxbirin "ən son hansı mahnıda rəqs etdiniz?" sualına ölkənin birinci xanımı elə cavab verib:

"Barak həmin gün bizim DJ-miz idi, Aretsa Franklinin "Rock Steady" mahnısıyla başlayıb, gecəni Al Qrinin ifasıyla bitirdik".