2014-cü ilin ən məşhur modelləri - fotolar

2014-cü ilin ən məşhur modelləri - fotolar
1965 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın məşhur bloq saytı "Tumblr" il sonu nəticəsinə görə, 2014-cü ilin ən məşhur modellərini təqdim edib.

Axşam.az-ın xarici mediaya istinadən məlumatına görə, "Marc Jacobs", "Givenchy" və "Chanel" markalarının modelləri ilk 20-liye girən adlar arasında olub.

Kara Delevin - Son illərin sürətlə parlayan modeli şəxsi həyatıyla da gündəmdən düşmür. Son açıqlamalarının birində biseksual olduğunu bildirmişdi



Kandis Svenpol- 15 yaşında kəşf edilən model artıq gündəlik 5 min avro qazanır. "Victoria Secret"in ulduzu çoxlu reklamlara dəvət alır.



Miranda Kerri- 31 yaşlı avstraliyalı model aktyor Orlanda Blumdan boşanandan sonra biseksual münasibət yaşamaq istədiyini demişdi. Keçən il "Victoria Secret"dən ayrılıb.



Keyt Moss - 40 yaşı olsa da tez-tez məşhur brendlərin reklam çarxlarında çəkilir.



Barbara Palvin- 21 yaşlı model futbol oynamağı sevir.



Aleksa Çanq - 31 yaşlı televiziya aparıcısı və model kitab yazır, redaktorluq edir. Onun şəxsi həyatı da gündəmə tez-tez xəbər olur.



Naomi Kempbell - 44 yaşlı modelin Yamayka-Çin əsilli qarışığı var. İlk dəfə 1978-ci ildə Bob Marlinin klipiylə karyerasına başlayıb.



Rozi Huntigton-Uaytli - 27 yaşlı Rozi bu il "Maxim" jurnalının "Hot 100" sıralamasında 1-ci yerdə idi.



Adriana Lima- 33 yaşlı model sıralamanın 10-cu sırasında yer alıb.