Türkiyəli sənətçi səhnədə dünyasını dəyişdi

Türkiyəli sənətçi səhnədə dünyasını dəyişdi
3530 dəfə oxunub
  • A-
  • A
  • A+
Ankarada Kobaniyə dəstək məqsədilə təşkil edilən konsertdə səhnəyə çıxan 52 yaşlı türkiyəli sənətçi Bilal Ərcan elə oradaca dünyasını dəyişib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ürək problemi olan sənətçiyə dostları çıxış etməməyi söyləsələr də, B.Ərcan “Gənclik məni gözləyir, səhnəyə çıxmalıyam” deyərək etiraz edib.

Qeyd edək ki, Bilal Ərcanın ölüm xəbərini türk xalq musiqisinin ifaçısı Sümər Ezgü "Twitter”də paylaşıb.