Cem Yılmaz sevgilisi ilə əl-ələ - fotolar

Cem Yılmaz sevgilisi ilə əl-ələ - fotolar
1805 dəfə oxunub
  • A-
  • A
  • A+
Sürpriz şəkildə eşq yaşamağa başlayan türkiyəli yumor ustası Cem Yılmaz və müğənni Ayşə Xatun Önal ilk dəfə əl-ələ görüntüləniblər.

Axşam.az “Posta”ya istinadən xəbər verir ki, cütlük ötən gün Sarıyer meşəsində idman ediblər. İki saata yaxın qaçdıqdan sonra müxbirə yaxınlaşan C.Yılmaz "Bazar ertəsi günü, səhərin bu vaxtında jurnalistin burada nə işi var?" deyərək gülməyə başlayıb. Yumor ustası "İdmana başlamısınız?" sualına zarafatyana belə cavab verib:

"Yox, meşədə torpaq sahəsi axtarıram". Daha sonra sevgililər əl-ələ tutaraq maşınlarına doğru gediblər.