“Azərbaycanda ən bahalı toy müğənnisi Abbasdır”

“Azərbaycanda ən bahalı toy müğənnisi Abbasdır”
2126 dəfə oxunub
  • A-
  • A
  • A+

“Azərbaycanda ən bahalı və tələb olunan toy müğənnisi Abbas Bağırovdur. Başqaları inciməsin. Onu bəzi təbəqənin insanları toya aparır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri “Hər şey daxil” verilişinə qonaq olan prodüser Tolik deyib. O, əməkdar artistin toylara fərqli repertuarla getdiyini bildirib:

“Abbasa ildə mən tərəfdən on beş toy dəvəti gəlir. Abbas toya gedəndə “Qudam, ay qudam” oxumur. Bütün mahnılarımız gözəldir, heç birinə bayağı demirəm. Amma Abbasın repertuarı başqadır. Ondan “Qudam” istəyəndə əvəzində “Biz mehriban ailəyik” oxuyur. Abbas öz dəyərini bilir: sənətimə qiymət verən onu ödəsin. Hər toya bir qiymətə gedənlər özlərinə güvənməyənlərdir”.

Əməkdar artist Abbas Bağırov isə bunları deyib:

“Müğənni toya gedir, eyni repertuarla oxuyur. İki mahnı ifa edir, ardınca “Deyin mübarək olsun”... Bu, 6 saatlıq toy boyunca davam edir. Standartdan uzaq olmaq lazımdır. Mənim qiymətim budur. Əgər məni məclisdə görmək istəyirlərsə, heç qiymət söhbəti etməyəcəklər”.