Doqquzuncu dəfə ata oldu

Doqquzuncu dəfə ata oldu
1235 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı müğənni Stivi Uander 64 yaşında doqquzuncu dəfə ata olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, müğənninin qızı dünyaya gəlib. Stivinin Rommika Robin Breysi ilə nikahından ikinci övladı olan körpəyə Nia adı qoyulub.

Xatırladaq ki, “Qremmi” mükafatı laureatı daha əvvəl Sirita Rayt və Karen Millard Morrislə evli olub. Stivi Uanderin keçmiş nikahlarından və nikahdan kənar 7 övladı var.