Nigara həyat yoldaşından ad günü hədiyyəsi

Nigara həyat yoldaşından ad günü hədiyyəsi
8589 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün müğənni İradə İbrahimovanın bacısı, vizajist Nigarın doğum günüdür.

Axşam.az-ın məlumatına görə, ana olmağına bir neçə ay qalan N. İbrahimova hazırda həyat yoldaşı Ruslan Sanıyevlə birlikdə İstanbulda, bacısı İ. İbrahimovanın yanındadır. Doğum gününü orada qeyd edəcəyini bildirən vizajist təəssüratlarını bizimlə bölüşüb:

“Ad günümü bacımın ailəsi və bir də dünyaya gələcək balamızla qeyd edəcəyik. Bunun davamı Bakıda əzizlərim və iş yoldaşlarımla olacaq. İlk hədiyyəm həyat yoldaşım Ruslandan və İradənin balası İpəyimdən oldu. Ruslan bilir ki, zinət əşyasını sevirəm. Qızıl dəst alıb, çox bəyəndim. Gecədən bu yana 100-dən çox təbrik mesajı almışam”.