“Xoxan”ın imza günü olacaq

“Xoxan”ın imza günü olacaq
1808 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu günlərdə təqdim edilən “Xoxan” filminin qəhrəmanları – aktyor Fərda Xudaverdiyev və Elməddin Cəfərovun iştirakı ilə imza günü keçiriləcək.

Axşam.az-ın məlumatına görə, dekabr 20-də, saat 18:00-da “Park Bulvar” ticarət və əyləncə mərkəzində baş tutacaq imza günündə aktyorlar bir neçə pərəstişkarına hədiyyə də verəcək. Belə ki, viktorinalar keçiriləcək və qalib olan şəxs “Xoxan”a bilet qazanıb aktyorlarla birlikdə filmi izləmək şansı qazanacaq.

Qeyd edək ki, mərasimdə filmdə rol alan aparıcı Şəhriyar Əbilov və aktrisa Nigar İbrahimova da iştirak edəcək.