Soyuq hava üz dərisini solğun, qocalmış göstərir. Soyuq qış günlərində təravətli dəriyə sahib olmaq istəyən xanımlar mütləq qulluq vasitələrindən istifadə etməlidirlər.
Axşam.az xarici mətbuata istinadən xanımların gözəlliyinə baxımlılıq və təravət qatacaq maskalar təqdim edir:
Ot və yağları qarışdırıb, buxar vasitəsilə dərini təmizləmək artıq geridə qalıb. Bu vasitələrdən evdə bir neçə günlük effekt almaq üçün istifadə etmək olar. Çünki dəri ekologiyanın təsirindən tez korlanır. 22 yaşından sonra hər qadın heç olmasa ayda bir dəfə kosmetoloqa müraciət etməlidir. Çünki artıq orqanizmdə bioloji qocalma prosesi başlayır. Bu problemi yaradan başlıca səbəblər cod su və günəş işığıdır. Qocalmanın qarşısını almaq üçün bu vasitələrdən edə bilərsiniz.
• Hər gün üzə nəmləndirici krem çəkmək lazımdır. Bu, dəridə kollogeni tənzimləyib, qırışları azaldacaq.
• Çoxlu yaşıl bitkilər yemək lazımdır. Yaşıl bitki antioksidant olub, beta-karotin yaradaraq, dərini cavan və təravətli saxlayır.
• Üzü mütəmadi olaraq masaj etdirmək lazımdır.
• Əgər dəri sudan quruyursa, üzü qazsız mineral su ilə yumaq lazımdır.
Üz dərisinə bunlar xeyirlidir:
• Qarabaşaq və düyü yemək
• Yaydan sonra hər gün acqarnına, gündə 3 dəfə olmaqla, bir çay qaşığı bitki yağı içmək
• Həssas və allergik dəriyə sahib insanlar musiqi dinləməli, sayrışan işıqlara baxmalı, dənizkənarında, təmiz havada gəzməlidirlər.
• Satışdakı süd məhsulları təbii olmadığı üçün orqanizmə toksinlər yığır və bu da dəriyə ziyan vurur. Ondan az istifadə etməyə çalışın.
Çatlamış dabanlar:
A, E, D vitaminlərini bir qaşıq sirkə, 1 ədəd yumurta və bir az da qarğıdalı unu ilə qarışdırıb, əllərə və dabanlara çəksəniz, onlar uşaq dərisi kimi hamar olacaq. Ayaqlara maska edəndən sonra sellofan
keçirib, corab geyinin. Proseduru 5 dəfə etmək məsləhətdir.
Tərkibində zülal olan qidalar qocalmanın qarşısını alır...
Vitaminterapiya:
Dəri öz gözəlliyini daxildən alır. Orqanizmi payızda daxildən müalicə etmək lazımdır. Orqanizmdə vitamin çatışmayanda dırnaqlar haçalanır, saçlar tökülür, dabanlar çatlayır. Bunu qida ilə müalicə etmək mümkün olmadığından vitamin komplekslərini qəbul etmək lazımdır. B6 vitamini qadını gözəlləşdirir, əsəbləri müalicə edir. Payızda A, E, D, B qrup vitaminlərini müalicə kursu kimi əzələyə vurdurmaq və həb şəklində içmək lazımdır.