" Bu, “Xəzər” telekanalı olmayacaq" - Günay

" Bu, “Xəzər” telekanalı olmayacaq" - Günay
5186 dəfə oxunub
  • A-
  • A
  • A+

“Xəzər” telekanalının aparıcısı Günay Rəhimovanın işindən ayrılması ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın əməkdaşı ilə söhbətində aparıcı efir üçün darıxdığını etiraf edib:

“Bir çox kanalımızdan aparıcılıq təklifləri almışam. Eyni zamanda televiziyaya aidiyyatı olmayan şirkətlərdən əməkdaşlıq təklifləri gəlir. Amma hələ ki, qəbul etmirəm. Düzdür, efir üçün darıxıram, aparıcılıqdan doymamışam. Bu aləmdə olan hər bir insan işi üçün darıxar. Mən neçə ildir istirahətsiz çalışıram. Yayda belə məzuniyyətə çıxmadım. Bir aydır dincəlirəm. Bir ay da dincəlib sonra efirə qayıdacam. Kanallardan biri ilə razılaşacam. Amma bu, “Xəzər” telekanalı olmayacaq. Düzdür, buranın rəhbərliyi ilə münasibətim yaxşıdır. Amma yeni işim əvvəlkindən daha yüksək olmalıdır. Seriallardan da təkliflər alıram. Aktrisa kimi çalışmaq mənim hədəfim deyil”.