"Cehiz xoşbəxtlik demək deyil" - fotolar

"Cehiz xoşbəxtlik demək deyil" - fotolar
1696 dəfə oxunub
  • A-
  • A
  • A+
“Space”də yayımlanan “Hələ bu harasıdır” verilişində bu gün cehiz, yeni ailə quran cütlüklər müzakirə edilib.

Axşam.az-ın məlumatına görə, aparıcılığını Təranə Səmədovanın etdiyi proqramın qonaqları arasında əməkdar artist Hüsniyyə Mürvətova, aparıcı-bəstəkar Sədaqət Rəşidqızı yer alıb.

H.Mürvətova müzakirə olunan mövzuya fikir bildirərək, cehizin xoşbəxtlik gətirmədiyini deyib:

“Mən də cehiz aparmışdım. Amma bu xoşbəxtlik demək deyil. İnsanlar var, elə cehiz aparıblar ki... Amma sonda ayrılıblar. Əsas odur ki, insanlar bir-birini sevsin, ailə məsuliyyəti daşısın, balalarını xoşbəxt böyütsünlər. Allah sənə ruzi versə, verəcək. Ola bilər ki, kasıb oğlana gedərsən, amma ruzisi bol olar, varlanar”.

Qeyd edək ki, “Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftə içi beş gün saat 10:30-dan 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Qurik, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.