Sərxoş jurnalistin Putinlə "kvas" dialoqu - video

Sərxoş jurnalistin Putinlə "kvas" dialoqu - video
1741 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında şəxsi həyatı barədə danışıb və sərxoş jurnalistin sualını cavablandırmalı olub.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Putin şəxsi həyatında hər şeyin qaydasında olduğunu deyib:

“Hər şey qaydasındadır, narahat olmayın. Mənim Avropadan olan bir tanışım var, rəisdir. Məndən soruşdu ki, “qulaq as, sənin sevdiyin var?”. Mən soruşdum: “Hansı mənada?”. O deyir “sən kimi sevirsən yəni?”. Cavab veririəm ki “hə”. “Bəs səni kimsə sevir?”. Cavab verdim: "Bəli". O isə “şükür Allaha” dedi.

Mətbuat konfransında digər diqqət çəkən məqam isə Rusiya prezidentinə sual verən jurnalistlərdən birinin sərxoş olması olub. Əvvəlcə özünün Türkiyədən gələn jurnalist kimi təqdim edən şəxs sual vermək üçün ona şans veriləndə Kirovdan olduğunu bildirib. Putin “siz axı Türkiyədən deyilsiniz” dedikdə isə jurnalist “nə etmək olar, belə alındı” deyib və zaldakı digər jurnalistlərin də gülüşünüə səbəb olub. Daha sonra jurnalist “siz bilirsiniz bizdə kvas hazırlayırlar. Çoxlu kvas.. Yaxşı kvas” deyib. Putin isə “mən görürəm, siz artıq yellənirsiniz” deyə jurnalistə cavab verib.

Jurnalist mövcud iqtisadi durumda Vyatsk kvaslarını gözləyən böhrana toxunub və ticarət şəbəkəsində ancaq Koka-Kola, digər qazlı içkilərin satılmasından gileylənib. Putin Koka-Kola ilə müqayisədə Vyatsk kvaslarının faydasına arxayın olduğunu və yerli istahlakçılara yardım edəcəyinə vəd verib.