Murad Dadaşov, Rafael və Coşqun əməkdar artist oldu - siyahı

Murad Dadaşov, Rafael və Coşqun əməkdar artist oldu - siyahı
8638 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Prezident İlham Əliyevin fərmanıyla fəxri adlar alanlar arasında "Bu şəhərdə"nin aktyorları da var.

Axşam.az-ın məlumatına görə, akyorlar Coşqun Rəhimov və Rəfael İsgəndərov, şoumen Murad Dadaşov, xanəndə Babək Niftəliyev, balaban ifaçısı Əlixan Səmədov "Əməkdar artist" adını alıblar.

Aktrisa Məlahət Abbasova isə "Əməkdar İncəsənət Xadimi" fəxri adına layiq görülüb.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

"Əməkdar artist"

Abbasova-Budaqova Afaq Nurəhməd qızı
Dadaşov Murad Əli oğlu
Əfəndiyeva İlahə Əhsən qızı
Əliyev Fərid Fərhad oğlu
Heydərova Çinarə Yaşar qızı
İsgəndərov Rəfael Çərkəz oğlu
İslamov Rauf Rza oğlu
Niftəliyev Babək Muğan oğlu
Rəhimov Coşqun Allahverdi oğlu
Səmədov Əlixan İmamxan oğlu

“Əməkdar İncəsənət Xadimi”

Abbasova Məlahət Elman qızı
Əzizov Rafiq Novruz oğlu
Məlikov Aqil Qədeşbala oğlu