“Əməkdar artist adını özümə yaraşdırmırdım” - Rəmiş

“Əməkdar artist adını özümə yaraşdırmırdım” - Rəmiş
3590 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün “xalq artisti” adına layiq görülən gitaraçı Rafiq Hüseynov (Rəmiş) təəssüratlarını bölüşüb.

Axşam.az-ın əməkdaşı ilə söhbətində musiqiçi hər kəsə minnətdarlıq edib:

“Evdə yox idim, şəhərdə gəzirdim. Zənglər gəldi, hamı təbrik etdi. Çox sağ olsun prezident məni bu ada layiq gördü. Bu, xalqın sənətimə olan sevgisindən irəli gəlir. Məni xalqım bu səviyyəyə çatdırdı. Prezident isə bunu  qiymətləndirdi. 70 yaşım var. Əməkdar artist adını özümə yaraşdırmırdım”.

Rəmişin həyat yoldaşı Gülü Hüseynova isə “70 yaşında sənətkar üçün bundan gözəl hədiyyə ola bilməzdi. Prezidentimiz və xanımına minnətdarıq. Gözlənilməz oldu” deyə bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb