Bu mahnılarla dustaqlara işgəncə edilir - siyahı

Bu mahnılarla dustaqlara işgəncə edilir - siyahı
2029 dəfə oxunub
  • A-
  • A
  • A+

Əsirlərə və dustaqlara işgəncə zamanı bəzi mahnıların bir neçə dəfə təkrar dinlədilərək onlarda travma yaradılması xəbəri doğru çıxıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) əsirlərə işgəncə etmək üçün istifadə etdiyi mahnıların siyahısı açıqlanıb.

Bu mahnılar dustaqlar yatarkən yüksək səslə oxudulur və yaxud ölkəsinə, dininə qarşı təhqiramiz sözlərdən istifadə edildiyi üçün məhbusları psixoloji olaraq gərgin saxlayır.

Kanadanın "Skinny Puppy" qrupu mahnılarının Quantanamo həbsxanasında işgəncə vasitəsi kimi işlədliyinə görə əsəbləşiblər. Onlar ABŞ hökumətindən 666 min dollarlıq təzminat tələb ediblər.

Siyahıdakı digər mahnılar isə bunlardır:

Deicide: "Fuck Your God"
Dope: "Die MF Die, Take Your Best Shot"
Eminem: "White America, Kim"
"Barney & Friends"in giriş musiqisi
Drowning Pool: "Bodies"
Metallica: "Enter Sandman"
"Meow Mix" reklamındakı musiqi
Janeane Garofalo/Ben Stiller:  "Feel This Audiobook"
"Sesame Street" cizgi filminin musiqisi
David Gray: "Babylon"
AC/DC: "Shoot to Thrill, Hell’s Bells"
Bee Gees: "Stayin’ Alive"
Tupac: "All Eyez On Me"
Christina Aguilera: "Dirrty"
Neil Diamond: "America"
"Rage Against the Machine" qrupunun bütün mahnıları
Don McLean: "American Pie"
Saliva: "Click Click Boom"
Matchbox Twenty: "Cold"
Prince: "Raspberry Beret"