Murad Dadaşov: “Qürur duyuram”

Murad Dadaşov: “Qürur duyuram”
2336 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün fəxri ad alan məşhurlardan biri də şoumen Murad Dadaşov olub.

Axşam.az-ın məlumatına görə, “əməkdar artist” adına layiq görülən aparıcı təəssüratlarını bölüşüb:

“İmzalanan sərəncama görə ölkəmizin başçısı, möhtərəm, cənab prezident İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Bu fəxri ada məni layiq gördüyünə görə, əziz prezidentimizə çox minnətdaram. Azərbaycanımızın əməkdar artistləri sırasında olmağımla qürur duyuram”.

Qeyd edək ki, prezident İlham Əliyev bu gün Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqda sərəncam imzalayıb.