Azərbaycan paxlavası Madriddə - foto

Azərbaycan paxlavası Madriddə -  foto
2481 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 18-i Birləşmiş Millətlər Təşkilatının qərarı ilə Beynəlxalq Miqrant Günü kimi qəbul olunub.

Axşam.az-ın məlumatına görə, bu gün Madrid Bələdiyyəsinin miqrantların inteqrasiyası idarəsində də qeyd olunub. Tədbirdə hər bir millətin nümayəndəsi milli mətbəx nümunələrini təqdim edib. Keçirilmiş tədbirdə Azərbaycan da milli paxlavası ilə təmsil olunub.

Müxtəlix qitələrdə yaşayan xalqların təmsil olunduğu tədbirdə ölkəmiz Avropa ölkəsi kimi təqdim olunub. Bildirilib ki, Azərbaycan Avropa və Asiyanın qovşağında yerləşir, zəngin təbii sərvətlərə malikdir. Xalqımızın qədim tarixi və zəngin, özünəməxsus ənənələri var.

Azərbaycan barədə səslənən məlumatlar iştiakçıların marağına səbəb olub.

Mənbə: AzərTac