“Oğluma o cür qız almaram” – Könül Kərimova

“Oğluma o cür qız almaram” – Könül Kərimova
4708 dəfə oxunub
  • A-
  • A
  • A+

Daha bir sənətçi heç vaxt övladına müğənni qız almayacağını deyib. 

Axşam.az-ın məlumatına görə, “Səs verməyin!” verilişinin qonağı olan ifaçı Könül Kərimova hazırda əsgərlikdə olan oğlundan danşıb. O,  “Oğlunuza müğənni qız alarsınız” sualına belə cavab verib:

“Yəqin ki, almaram. Mən müğənniyəm, bu sahədəki əziyyətləri çox görmüşəm. Öz halal evimə həsrət qalmışam. İşdə, məclislərdə oluram. Ona görə də, oğluma o cür qız almaram. Mən də çöllərdə, gəlin də? Axı düz gəlməz. İstəyirəm gəlinim gözümün qabağında olsun”.

Qeyd edək ki, bir qədər əvvəl xanəndə Elnarə Abdullayeva da verilişlərin birində oğluna müğənni qız almayacağını demişdi.