Keçmiş qrupun üzvü verilişə bu vəziyyətdə çıxdı - fotolar

Keçmiş qrupun üzvü verilişə bu vəziyyətdə çıxdı - fotolar
2231 dəfə oxunub
  • A-
  • A
  • A+
Keçmiş “Spice Girl” qrupunun üzvlərindən olan Mel Bi münsif kürsüsündə əyləşdiyi “X Factor” yarışmasının sonuncu buraxılışında qollarındakı və çiyinlərindəki göyərmə izləri ilə diqqət çəkib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, üç uşaq anası olan ifaçının nişan üzüyünü də taxmaması gözlərdən qaçmayıb. Mediada Mel Binin çiyinləri və qolundakı göyərmə izlərinin əri Stefan Belafont tərəfindən ona qarşı edilən şiddətin əlaməti olduğu yazılıb.

Bu söz-söhbətlərə müğənni heç bir münasibət bildirməsə də, S.Belafont "Mən arvadımı döyməmişəm. Üstəlik, bununla bağlı nə polis, nə də xəstəxana qeydiyyatı var. Bəs onda, məni Meli döyməkdə niyə günahlandırırsınız?” deyib.

Lakin sənətçinin ötən həftə bilinməyən səbəblə xəstəxanaya getdiyi və müayinə olunduğu ortaya çıxıb.

Qeyd edək ki, Mel Bi və Stefan Belafont 2007-ci ildə ailə qurublar.