“Özümü o səviyyəyə salmaq istəmirəm” – İlhamə Bədəlova

“Özümü o səviyyəyə salmaq istəmirəm” – İlhamə Bədəlova
4315 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı İlhamə Bədəlova depressiyaya düşməkdən qorxur.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan aparıcı əsəbləşəndə təkliyə qapandığını deyib:

“Tək qalıram, özüm özümlə danışıram. Düzdür, həkimlər bunu dəlilik əlaməti hesab edirlər. Amma məncə, yanlışdır. İnsan ən yaxşı özü ilə danışır. Öz səhvlərimi müzakirə edirəm. Məni incidən insanın kimliyini düşünürəm. O, mənim pis olmağıma dəyərmi? Depressiyaya düşmək, ruh düşkünlüyü yaşamaq, özümü o səviyyəyə salmaq istəmirəm. Səhvlərimlə düzlərimi qarşılaşdırıram. Nəticədə yaxşı olur”.

Bacarıqlarından danışan İ.Bədəlova ev işləri ilə məşğul olmağı ayıb hesab etmir:

“Mətbəxə yaxın durmuram, evdə anam var. Amma Bakıdan kənardakı çəkilişlərdə özüm xanımlıq edirəm. Bəziləri kimi demirəm ki, yox, mən heç nə etmirəm, əlimi isti sudan soyuğa vurmuram. Aparıcıyam deyə özümü başqa cür göstərmək istəmirəm. Paltar da yuyuram, ütüləyirəm, hər şey edirəm”.