Almaz qızlarına görə tövbə etdi

Almaz qızlarına görə tövbə etdi
5651 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Almaz Ələsgərli tövbə edib.

Axşam.az-ın məlumatına görə, “ATV maqazin” verilişinə açıqlama verən müğənni artıq şəxsi həyatı haqda danışmayacağını deyib:

“Bundan sonra qızlarım, özüm haqda suallar verilməsin. Heç birini cavablandırmayacam. Tövbə etmişəm. İstəmirəm uşaqlarımı gündəmə gətirim. Çox lazımsız hadisələr idi. O da mənim başıma gəldi. İndi çox dəyişmişəm. İstər səsim, istər xasiyyətim başqadır. İnsan yaşa dolduqca daha da müdrikləşir. Düzdür, keçmişimdən narazı deyiləm. Mən “kaş bunu yaşamazdım” deyən insan olmamışam. Əgər keçmiş olmasaydı, bu günü yaşamazdım”.