“Pencəyi Napaleonun dövrünü xatırladır” - Anardan Elzaya

“Pencəyi Napaleonun dövrünü xatırladır” -  Anardan Elzaya
3793 dəfə oxunub
  • A-
  • A
  • A+

“Şarm” verilişinin “Qiymətli stil” rubrikasının budəfəki bələdçisi stilist Anar Ağakişiyev olub.

Axşam.az-ın məlumtına görə, stilist əməkdar artist Elza Seyidcahan, müğənni Fədayə Laçın və Zemfira İbrahimovanın imicinə qiymət verib.

Elza Seyidcahan – Saçı və makiyajı normaldır. Bir gün öncədən edilmiş saç düzümünə bənzəyir. Pencəyi Napaleonun dövrünü xatırladır. Amma həddindən artıq parıltılıdır. Buna görə də, altdan geyinilən koftada parıltı olmamalıydı. Corabları libasa heç uyğun deyil. Bu corabla kobud ayaqqabı geyinilməliydi. Aksesuar seçimi də düzgün deyil. Bu stilə 3 xal verirəm.

Fədayə Laçın – Bu tərz geyim indi dəbdə deyil. Özü də səhər efirinə elə geyinməzlər. Çiyinlərində xətlər görünür, bu, yanlışdır. Paltarın üstündəki qırmızı tül olmasaydı, sadə midi formada yaxşı görünərdi. Makiyajı yaxşıdır. Saç düzümünə isə illərdir alışmışıq. 1998-ci ildə Sibel Canın stilini xatırladır. Bu klassikadır. Fədayə xanıma bu imicinə görə 2 xal verirəm.

Zemfira İbrahimova – Geyimi qatıldığı verilişə uyğundur. Sadədir. Biçimi də gözəldir. Boyunu uzun göstərir. Ayaqqabısı da yaxşıdır. Bir az sırğa ilə rəng qatsaydı, daha dəbli görünərdi. Makiyajına gəldikdə - dəri tonu, dodaq boyası, göz kölgəsi qabardılıb. Gözlərinə kölgə çəkdiyi halda, qırmızı dodaq boyası vurmamalıydı. Saçı sadədir və rəngi özünə yaraşır. Bu stilinə görə xanıma 3 xal verirəm.

Qeyd edək ki, Axşam.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın aparıcısı Aydan Axundova, rejissoru Afət Abdullayeva, müxbirləri Əminə Kazımova, Jalə Ocaqverdiyeva, montajçısı Elvin İsmayıl, prodüseri Sərxan Qədimovdur. Veriliş hər həftənin cümə günü, saat 12:00-da efirə çıxır.